“Dünən 00:01-də Xəzər dənizində 65 km dərinliyində 5.5 bal gücündə zəlzələ baş vermişdir. Təkanlar dərində olduğuna görə şimal rayonları, Abşeronun müxtəlif hissələrində, o cümlədən Bakıda da müəyyən dərəcədə hiss olunub”. SİA xəbər verir ki, bu sözləri mətbuat konfransı zamanı AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli deyib.
Onun sözlərinə görə, təkanın baş vermə anı 10 saniyədən artıq olsa da, heç bir təhlükəli hadisə olmadı: “Azərbaycan zəlzələ bölgəsində, aktiv seysmik qurşaqda yerləşir. Buna görə də mütəmadi olaraq təkanlar olur. Dünən baş verən təkanlar zamanı isə heç bir təhlükə yox idi, çünki təkanlar olduqca dərində idi. Ümumiyyətlə daha güclü zəlzələ ola bilməz. Çünki ən güclü təkan məhz ilk dəfə olur. Buna görə də vətəndaşlara tövsiyyə edirəm ki, sosial şəbəkələrdə yayılan şaiyələrə inanmasınlar. Daha güclü zəlzələ olması gözlənilmir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB