Qatarlar qrafik üzrə hərəkət edir- ADY

Qatarlar qrafik üzrə hərəkət edir- ADY

04 iyul saat 00.01 radələrində Xəzər dənizində baş vermiş zəlzələdən dərhal sonra dəmir yolu infrastrukturuna operativ baxış keçirən ADY-nin Fövqəladə Hallar Komissiyası öz işini yekunlaşdırıb.

"Azərbaycan Dəmir Yolları" ASC-dən SİA-ya verilən məlumata görə, aparılan yoxlamalara əsasən zəlzələ nəticəsində yol infrastrukturuna ziyan dəyməmişdir.

Hazırda yük və sərnişin qatarları qrafik üzrə hərəkətlərini davam etdirirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə