Azərbaycanda zəlzələ baş verdiyi andan bir neçə dəqiqə sonra sosial şəbəkələrdə yenidən təkanların olacağı ilə bağlı saxta məlumatlar paylaşılır. SİA-nın məlumatına görə, yayılan fotoda guya gecə saatlarında yeni dalğaların olacağı bildirilir.
Məsələ ilə bağlı texnobloqer Fərid Pərdəşünas da özünü feysbuk hesabında paylaşım edib. O da qeyd edib ki, zəlzələ haqqında yayılan proqnoz fotosu saxtadır: “Google (Android) belə imkana sahib deyil. Ümumiyyətlə zəlzələnin proqnozunu verən texnologiya yoxdur. Texnologiyalar sadəcə zəlzələdən saniyələr əvvəl yayılan P dalğalarını təyin edərək, bir neçə saniyə öncə xəbərdarlıq edə bilir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB