Hansı yağlardan istifadə etmək orqanizmə xeyirlidir? - MÜTƏXƏSSİS DANIŞDI

Hansı yağlardan istifadə etmək orqanizmə xeyirlidir? - MÜTƏXƏSSİS DANIŞDI

“Yağ orqanizmə enerji verən və faydalı olan makro elementlərdən hesab olunur. Yeməklərdə keyfiyyətli heyvan və bitki mənşəli yağlardan istifadə edilməlidir. Xüsusilə də tərkibində doymamış yağ turşuları olan yağlardan istifadə etmək daha faydalıdır. Buna da əsasən zeytun yağını misal göstərmək olar. Çünki zeytun yağı soyuq sıxım olan təbii və keyfiyyətli yağ hesab olunur”. Bu sözləri SİA-ya açıqlamasında sağlam qidalanma üzrə mütəxəssis Məhsəti Hüseynova deyib.

Onun sözlərinə görə, zeytun yağını yeməklərlə yanaşı, salatların hazırlanmasında da istifadə etmək olar: “Avakado da yağla olduqca zəngindir və istifadəsi orqanizm üçün faydalıdır. Avakadonu həm tərəvəzlər, həm də qızartmalarla da istifadə etmək olar. Səhər yeməyində qəbul edilən avakado isə orqanizmə enerji verəcəkdir.

Heyvan mənşəli yağlardan istifadə zamanı təbii kərə və ya nehrə yağı olmasına diqqət etməliyik. Bunlardan istifadə zamanı isə həddindən artıq qızardılmamasına diqqət edilməlidir. Yeməyin bişmə vaxtına az qalmış əlavə edilən yağ orqanizmə zərər verməmiş olur. Bir çox qidaların, çərəzlərin də tərkibində yağ vardır. Onlardan istifadə də günlük yağ təminatını ödəyə bilir. Qara çörək otu və küncüt yağlarından da salatlarda istifadə etmək olar. Keyfiyyətsiz yağlardan uzaq durmağa çalışmaq lazımdır”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə