Balıq ovu qadağan olundu? - KAMAL DƏNİZ DANIŞDI

"Bildiyimiz kimi, verilən qərarla may ayından başlayaraq sentyabrın 1-dək balıq ovlamaq qadağan edilib. Lakin bu qərar sənaye üsulu ilə balıq tutan balıqçılara aiddir. Qaldı ki, həvəskar balıçılara, onların balıq ovlaması may ayının 1-dən iyul ayının 1-nə qədərdir. Yəni, dünən yox o biri gün bu vaxt bitdi". Bu sözləri SİA-ya açıqlamasında Dünya Üzgüçülük Konfedereasiyasının üzvü, "Qızıl pəri" mükafatı laureatı, Azərbaycanın fəxri ovçusu, çöl adamı Kamal Dəniz deyib.

Onun sözlərinə görə, həvəskar balıqçılar istənilən su hövzəsində balıq ovlaya bilərlər: "Qadağan olunmuş qoruqlar var ki, burada balıq ovlamaq olmaz. Amma Xəzər dənizində, Şəmkir su anbarında, Araz çayında, Kür çayında, Mingəçevir su anbarında və s. tilovla balıq ovlaya bilərlər. Amma torla balıq ovunun qadağası sentyabr ayının 1-dək qüvvədədir. Hətta dünənləri Azərbaycanda həvəskar balıqçılara aid olan qadağa götürüldü.

İlk dəfə olaraq Ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş "Odlar yurdu" adlı Beynəlxalq Surfkastinq Turniri keçirildi. Bütün bunlar Azərbaycanda mədəni balıqçılığın inkişafına kömək edir.

Balıq ovu hər il may ayının 1-dən senytabr ayının 1-nə kimi qadağan olunur. Bu qadağa balıqların kürü tökmək dovrünə əsaslanır. Bu qanun öncədən də var idi.

Şimal ölkələri ilə Azərbaycanda vəziyyət biraz fərqlidir. Orada balıqlar fərqli vaxtlarda kürü tökür. Azərbaycanda da bu başqa vaxtdadır. Belə ki, əsasən Azərbaycanda balıqlar kürünü may ayına kimi töküb qutarır. Sentyabr ayında isə ancaq Kütüm balığı kürü tökür. Yəqin ki, bu qanuna yenidən baxılar. Təbiəti ən çox sevən əsl balıqçılardır. Çünki qadağan olunmuş dövrlərdə onlar qadağan olunmuş ləvazimatlarla bağlıq ovlaya bilmirlər. Qanundan kənar hərəkət edənlər isə əsl ovçular deyil".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə