Goranboyda intensiv yağıntıların törətdiyi fəsadlar aradan qaldırılır

Goranboyda intensiv yağıntıların törətdiyi fəsadlar aradan qaldırılır

İntensiv yağıntıların törətdiyi fəsadların aradan qaldırılması istiqamətində Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri tərəfindən zəruri tədbirlər görülüb.

SİA-nın əldə etdiyi məlumata görə, FHN-in mətbuat xidmətindən bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə Goranboy rayonunun Azad kəndində intensiv yağışlar nəticəsində bəzi ərazilərin subasmaya məruz qalması barədə məlumat daxil olub. FHN-in Aran Regional Mərkəzinin qüvvələri tərəfindən su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması təmin edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə