İyulun 1-i saat 13:00-a olan məlumatına əsasən Astara, Biləsuvar, Neftçala, Beyləqan, Zərdab, Göyçay, Yevlax, Şahdağ, Qrız, Xaltan, Cəfərxan, Sabirabad, Qobustan, Quba, Şamaxı, İsmayıllı, Naxçıvan, Bakıda və Abşeron yarımadasında arabir leysan xarakterli yağış yağıb. SİA Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin yaydığı məlumata əsasən xəbər verir ki, şimal-qərb küləyi arabir Naftalanda 18 m/s, Bakıda və Abşeron yarımadasında 24 m/s-dək güclənib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB