Dövlət Komitəsinin sədri Qaxda vətəndaşları qəbul edəcək

Dövlət Komitəsinin sədri Qaxda vətəndaşları qəbul edəcək

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Qax rayonunda vətəndaşları qəbul edəcək.

Bu barədə SİA-ya Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, qəbul iyulun 7-də, saat 10:00-da rayonun Heydər Əliyev Mərkəzində keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə