İyunun 26-da Sumqayıt şəhəri ərazisində 1987-ci il təvəllüdlü Leyla Muradovanın öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.
SİA-nın əldə etdiyi məlumata görə, Sumqayıt Şəhər Prokurorluğundan bildiriblər ki, aparılmış araşdırma zamanı 1993-cü il təvəllüdlü Balafər Muradovun aralarında yaranmış mübahisə zamanı arvadı Leyla Muradovaya bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Balafər Muradov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Hazırda istintaq tədbirləri davam edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB