Bu gün çox həyəcanlıyam. Hətta yolda təzyiqim qalxdı, həkimlər yardım etdilər. 30 ildir Laçından ayrılmışıq, həsrət qalmışdıq bu torpaqlara. Onda 30 yaşımda idim, indi isə 60 yaşım var. Uşaqlarım ailəlidirlər, bu yerləri ilk dəfə görürlər.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri bu gün Laçına köçən şəhər sakini Kifayət Həsənova söyləyib.
“Allah Prezidentimizə cansağlığı versin ki, bizi vətənimizə qaytardı. Böyük tikinti-quruculuq işləri gedir. Laçın çox dəyişib, çox müasir olub, ürəyimizcədir. Evimizin açarlarını da götürdük. Çox gözəl, müasir üslubda tikilmiş evlərdir”, - deyə o əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB