“Psixoloji problemlər fiziki xəstəliklər şəklində də özünü büruzə verə bilər“ - PSİXOLOQ DANIŞDI

“Psixoloji problemlər fiziki xəstəliklər şəklində də özünü büruzə verə bilər“ - PSİXOLOQ DANIŞDI

“Psixoloji problem və travmalar fiziki xəstəliklər şəklində də özünü büruzə verə bilər. Bunlara psixi somatik göstəricilər deyilir. Artıq dünyada da qəbul edilib ki, bir çox xəstəliklərin əsas səbəbi psixoloji məqamlardır”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Fidan Nizamova deyib.

Onun sözlərinə görə, travmaların düşüncələrimizə təsir etdiyi kimi, bədənimizə, orqanlarımıza da təsir edir: “Hər hansı problem və ya psixoloji sarsıntının öz təsirini göstərməməsi mümkün deyil. Amma bu həmişə mənfi olmur, müsbət tərəfləri də var. Çünki bəzi sarsıntılar zamanı insan həyata olan baxışını dəyişir, düşdüyü situasiyadan çıxmağı öyrənir. Psixoloji gərginlik yaşadıqda məsələ ətrafında çox düşünməmək üçün kitab oxumaq, filmlərə baxmaq, gəzintiyə çıxmaq olar. Lakin bunları edərək, duyğuları basırmaq olmaz, sadəcə problemin üzərində köklənməmək üçün etmək lazımdır. İstənilən halda psixoloji dəstək almaq tövsiyyə olunandır”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə