Azərbaycanda ilk dəfə "Avropa Təamları" sərgisi baş tutub - FOTOLAR
Bakıda ilk dəfə Avropa İttifaqı ölkələrinin kulinariyasının sərgisi keçirilib. SİA xəbər verir ki, Avropa İttifaqının Azərbaycandakı səfiri Piter Miçelkonun təşkilatçılığı ilə keçirilən sərgi Bakı Su İdmanı kompleksində baş tutub. Tədbirdə digər Avropa ölkələrinin Azərbaycandakı səfirləri də iştirak edib. Qonaqları salamlayaraq açılışı edən səfir Aİ ölkələrinin milli xörəklərinin Azərbaycan dilində reseptləri olan kitabı təqdim edib.
Tədbirdə Avropa İttifaqının 27 ölkəsinin kulinariyası müxtəlif stendlərlə təmsil edilib. Eyni zamanda, Azərbaycanın milli yeməklərini və markaları təmsil edən stendlər də qurulub. Gələn qonaqlar və səfir Miçelko Polşa, Macarıstan, İtaliya, Sloveniya, Fransa, Rumıniya, Çex Respublikası, Bolqarıstanın milli yeməklərini dadıb həmin ölkələr barədə məlumatlarla tanış olublar.
Stendlərdə eyni zamanda, Avropanın turistik məkanları və Avropada təhsil barədə məlumatları özündə əks etdirən broşürlər də təqdim edilib.
Rumıniya səfiri isə qonaqlar üçün şəxsən özü yemək hazırlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB