Hərbi İnstitutda buraxılış mərasimi keçirilib

Hərbi İnstitutda buraxılış mərasimi keçirilib

İyunun 24-də Milli Müdafiə Universitetinin Heydər Əliyev adına Hərbi İnstitutunda 2023-cü ilin buraxılışına həsr olunan təntənəli mərasim keçirilib.

Müdafiə Nazirliyindən SİA-ya verilən məlumata görə, buraxılış mərasimində Milli Müdafiə Universitetinin rəhbərliyi, Müdafiə Nazirliyinin nümayəndələri, hərbi institutun şəxsi heyəti, müəllimlər, məzunlar, valideynlər, eləcə də ictimaiyyət və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.
Əvvəlcə hərbi institutun qərargahı qarşısında ucaldılan Ulu Öndər Heydər Əliyevin abidəsi, eləcə də institutun Vətən müharibəsində şəhid olan hərbi qulluqçularının Xatirə kompleksi ziyarət olunaraq qarşısına qızılgüllər qoyulub. Ümummilli Liderin və Vətənimizin müstəqilliyi uğrunda şəhidlik zirvəsinə ucalan soydaşlarımızım xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Mərasimdə hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, hərbi institutun Döyüş bayrağı təntənəli surətdə sıra meydanına gətirilib.
Milli Müdafiə Universitetinin rektoru professor, general-leytenant Heydər Piriyev çıxış edərək mərasim iştirakçılarını salamlayıb, gənc zabitləri Müdafiə Nazirliyinin rəhbərliyi adından təbrik edib, onlara xalqımıza, dövlətimizə, qalib ordumuza və Ali Baş Komandanımıza layiqli zabit olmağı arzulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə