Kinolar uşaqların inkişafına necə təsir edir? - PSİXOLOQ AYDINLIQ GƏTİRDİ

Kinolar uşaqların inkişafına necə təsir edir? - PSİXOLOQ AYDINLIQ GƏTİRDİ

“Uşaqlar adətən hər zaman cizgi fimlərinə baxaraq böyüyürlər. Bununla da həyatı yavaş-yavaş dərk edirlər”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Vüsalə Əmiraslanova deyib.

Onun sözlərinə görə, kinolara baxmaq isə uşaqlarda vaxtından tez böyüməyə səbəb olur: “Bu isə uşaqlarda yaşları ilə bağlı olaraq informasiyanı qavrama problemi yaradır. Məsələn uşaq inandığı həqiqətin kinolarda reallığını görür. Təbii ki, bu cür hal uşaqların sarsıntı keçirməsinə səbəb olur.

Seriallar isə ümumiyyətlə vaxt itkisidir. Unutmaq olmaz ki, yaşlarına uyğun olmayan serial və ya kinolara baxmaq uşaqların inkişafı üçün birmənalı şəkildə zərərlidir”.

Bütün xəbərlər Facebook səhifəmizdə