“Kofenin insan orqanizmi üçün xeyirləri qədər ziyanları da var. Kofedən düzgün şəkildə istifadə edilmədikdə mədə xəstəliklərinə səbəb olur”. Bu sözləri SİA-ya açıqlamasında sağlam qidalanma üzrə mütəxəssisi Məhsəti Hüseynova deyib.
Onun sözlərinə görə, genetik olaraq orqanizmimiz kofeni qəbul edib, həzm edəcək şəkildə kodlaşmayıb: “Çünki ölkəmizdə kofe son illərdə daha çox həyatımıza daxil olub. Genetik olaraq kofeni çox istifadə etmək orqanizmimizdə formalaşmasa da, insanlar səhər acqarına və ya gün ərzində həddindən artıq kofe qəbul edirlər. Bu isə ciddi şəkildə orqanizmə ziyan vurur.
Kofe gün ərzində bir-iki fincandan artıq olmayaraq, 200 ml keçməmək şərtilə içilməlidir. Lakin bəzən böyük fincanlarda kofe içərək, miqdarı daha da artırıb, orqanizmə zərər vururlar. Xüsusilə də acqarına kofe içilməsi yolverilməzdir. Bu birbaşa kofein zəhərlənməsi və qanda şəkər miqdarının artmasına gətirib, çıxarır.
Davamlı olaraq kofe içən insanlarda bağırsaq mikroflorasının pozulması müşahidə edilir. Daha sonra isə ishal və qəbizlik biri-birini əvəz edərək, bağırsağın hərəkətliliyini pozur. Əgər bir fincan kofe qəbul ediriksə, onun əvəzlənməsi üçün mütləq iki stəkan su içməlidir. Kofe içmək üçün ən uyğun zaman səhər yeməyi ilə digər yemək arasıdır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB