Belarusdan gətirilən toyuqlar istehlaka yararsızdır

Belarusdan gətirilən toyuqlar istehlaka yararsızdır

Qida Təhlükəsizliyi Agentliyi ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirlərini davam etdirir.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, Agentliyin informasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, idxalatçı şirkət “AFM Construction” MMC-nin Belarus Respublikasından idxal etdiyi “Ptisefabrika Qorodok”” MMC-nin istehsalı olan 7610,07 kiloqram dondurulmuş toyuq məhsulundan götürülmüş nümunələrin müayinələri nəticəsində salmonella aşkarlanıb.

Faktla bağlı qanunvericiliyə uyğun olaraq müvafiq tədbir görülüb. Həmçinin istehsalçının respublikamıza həmin məhsulun idxalına müvəqqəti qadağa qoyulub və ixracatçı ölkənin aidiyyəti qurumuna müvafiq bildiriş göndərilib.

Bütün xəbərlər Facebook səhifəmizdə