“Lime and Co” MMC tərəfindən Rusiya Federasiyasından idxal olunan “PenzaMolinvest” MMC-nin istehsalı olan 1039.5 kq dondurulmuş hind quşu budu məhsulunda Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən götürülmüş nümunələrin müayinələri nəticəsində salmonella aşkarlanıb.
AQTA-dan SİA-ya bildirilib ki, faktla bağlı qanunvericiliyə uyğun olaraq müvafiq tədbir görülüb.
Həmçinin istehsalçının respublikamıza həmin məhsulu idxalına müvəqqəti qadağa qoyulub və ixracatçı ölkənin aidiyyəti qurumuna müvafiq bildiriş göndərilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB