Sürət həddininin aşılmasına görə cərimələrin artırılması təsdiləndi

Sürət həddininin aşılmasına görə cərimələrin artırılması təsdiləndi

Milli Məclis yolda sürət həddini aşmaya görə cərimələrin artırılmasına dair layihəni təsdiqləyib. SİA-nın xəbərinə görə, bununla bağlı Milli Məclisin bu gün keçirilən iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi III oxunuşda müzakirəyə çıxarılıb.

Belə ki, yolda müəyyən edilmiş hərəkət sürətini 41-60 km/saat həddində aşmağa görə 200 manat məbləğində cərimə tətbiq olunacaq. Digər bir dəyişikliklə isə yolda müəyyən edilmiş hərəkət sürətini 61 km/saat və daha artıq aşmağa görə 300 manat məbləğində cərimə tətbiq olunacaq.

Məcəllənin hazırkı variantı aşağıdakı kimidir:

Yolda müəyyən edilmiş hərəkət sürətini 41-60 km/saat həddində aşmağa görə 150 manat məbləğində cərimə edilir. Yolda müəyyən edilmiş hərəkət sürətini 61 km/saat və daha artıq aşmağa görə 250 manat məbləğində cərimə edilir.

Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə