Qurbanlıq heyvanların kəsimi və satışına ictimai nəzarəti təmin etməliyik- AQTA

Qurbanlıq heyvanların kəsimi və satışına ictimai nəzarəti təmin etməliyik- AQTA

"Qurbanlıq heyvanların kəsimi və satışına ictimai nəzarəti təmin etməliyik".

SİA xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) şöbə müdiri Mansur Piriyev Qurban bayramı günlərində heyvan kəsimi və satışı fəaliyyətlərinə həsr olunmuş brifinqdə bildirib.

Onun sözlərinə görə, Qurban bayramı günlərində bioloji təhlükəsizlik tələblərinin gözlənilməsi və heyvanların baytarlıq-sanitariya qaydalarına uyğun kəsiminin təmin olunması mühüm əhəmiyyət kəsb edir. Bildirib ki, buna görə də, burada ictimai nəzarətin təmin olunması qarşıya qoyulan əsas vəzifələrdəndir.

M.Piriyev xatırladıb ki, AQTA-nın fəaliyyəti dövründə həyata keçirilən tədbirlər nəticəsində ölkəmizdə minimum tələblərə cavab verən heyvan kəsimi müəssisələrinin sayı 16-dan 106-ya çatdırılıb: "Bu isə “Heyvan kəsimi fəaliyyətinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 11 iyun 2018-ci il tarixli Sərəncamından irəli gələn tapşırıqların yerinə yetirilməsinə şərait yaradır".

Bütün xəbərlər Facebook səhifəmizdə