İmişli rayonunda cari ildə 17913,3 hektar sahədə taxıl becərilib. Onun 10 min 919,6 hektarı buğda, 6 min 993,7 hektarı dən üçün arpadır. İmişli fermerləri və torpaq mülkiyyətçiləri hazırda arpa ilə yanaşı, buğda biçinini də davam etdirirlər.
SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, İmişli Rayon Statistika İdarəsindən bildiriblər ki, bu günədək 11885,0 hektar taxıl sahəsində biçin aparılıb, 46,0 min 93,0 ton məhsul əldə edilib. Məhsulun 20 min 742,9 tonu buğda, 25,0 min 350,1 tonu arpadır. Hər hektar taxıl sahəsinin orta məhsuldarlığı 38,8 sentner təşkil edib. Buğda üzrə 39,9 sentner, arpa üzrə 37,9 sentner məhsuldarlıq əldə olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB