Daşkəsənə dolu yağıb

Daşkəsən rayonuna dolu düşüb, əkin sahələrinə, meyvə ağaclarına zərər dəyib. SİA-nın Qərb bürosunun məlumatına görə, səhər saatlarında yağan dolu əkin sahələrinə və meyvə ağaclarına zərər vurub.

Həmçinin avtomobil yollarında nəqliyyatın hərəkətində qismən çətinliklər yaranıb.

Qeyd edək ki, bölgədə qeyri-sabit hava şəraiti davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə