“100 il” adlı gənc rəssamların qrup sərgisi keçirilib - YENİLƏNİB -FOTOLAR
21-22 iyun tarixlərində “Davam” Gənclər Hərəkatı və “ArtCoLab” Yaradıcı Gənclər Platformasının birgə təşkilatçılığı, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Gənclər Fondu və Muzey Mərkəzinin tərəfdaşlığı ilə “100 il” adlı gənc rəssamların qrup sərgisi keçirilib. SİA xəbər verir ki, sərgi 21-22 iyun tarixlərində Muzey Mərkəzində yerləşən Sərgi qalereyasında açılıb və 31 gənc rəssam tərəfindən ərsəyə gələn 45 əsər ictimaiyyətə təqdim olunub. Bu əsərlərdə Azərbaycan mədəniyyətinin ən böyük himayədarı və qayğıkeşi olmuş Ulu Öndər Heydər Əliyevin zəngin həyat və fəaliyyətinin müxtəlif anları nümayiş olunub. Sərgilənən əsərlərin əksəriyyəti kətan üzərində yağlı boya ilə, bir hissəsi isə kağız üzərində rəngli karandaşlarla işlənmiş müxtəlif mövzulu əsərlər olub. Açılış mərasimində millət vəkilləri, ölkənin tanınmış rəssamları, ictimai xadimlər, gənc rəssamlar və kreativ sənayedə çalışan menecerlər iştirak edib.
İlk olaraq aparıcı Aysel İbrahimova qonaqları salamlayaraq tədbiri açıq elan edib. Sonra isə “Davam” Gənclər Hərəkatının sədri Nihad Allahyarlı açılış niqti ilə çıxış edib və sərgi ilə bağlı ətraflı məlumat verib. Öz növbəsində "Heydər Əliyev" ordenli heykəltaraş Ömər Eldarov, millət vəkili Aydın Mirzəzadə, Azərbaycan Rəssamlar İttifaqının sədr müavini Ağaəli İbrahimov, "ArtColab” Yaradıcılıq Mərkəzinin müəllimi və layihə koordinatoru Casiyət Abdullayeva çıxış edərək sərgi haqqında fikirlərini bölüşüblər.
Tədbirin sonunda gənc rəssamların təltifolunma mərasimi baş tutub. Daha sonra qonaqlar sərgi ilə tanış olublar.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB