"İnsanlarımız hələ də namus, qeyrət, bakirəlik davası edir" - KULTUROLOQ DANIŞDI
“XXI əsrin ikinci on illiyindən sonra elm, təhsil və texnologiyanın yeni mərhələsinin başladığını dərk edən cəmiyyətlər dünyanı idarə etməyə başladı. Süni intellekt, avtomatlaşdırma, robotlaşma kimi sahələr ən yeni səviyyəyə qalxaraq öz yerlərini yeni texnologiyalara verir. Bunun qarşısını almaq mümkün deyil. İnkişaf etmiş Yaponiya, Cənubi Koreya, ABŞ, Avropa ölkələrinin təcrübəsi göstərir ki, inkişafın qarşısını almaq istəsək də onu heç cürə saxlamaq mümkün deyil”. Bu sözləri SİA-ya açıqlamasında Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, yazıçı-kulturoloq Aydın Xan Əbilov deyib. 
Onun sözlərinə görə, sel gəldikdə, ona qarışıb üzmək daha məntiqlidir: “Nəinki selin əksinə üzərək, ona qarşı çıxmaq. Bu baxımdan Azərbaycanda da dünyanın hər yerində olduğu kimi süni intellektlə, robotlaşma, insan şüurunu əvəzləyən yeni sintetik zəka ilə maraqlanan gənclik var. Lakin bizim bu sahədəki bacarıqlarımız zəifdir və insanlar buna hazır deyil. İnsanlarımız hələ də namus, qeyrət, bakirəlik davası edir. Dünyanın bir çox ölkələri robotlaşmanın mənfi və müsbətləri barəsində fikir yürüdür, mübadilə edirlər. Bu yaxınlarda Amerikanın süni intellektlə bağlı şirkətlərinin böyük bir qrup rəhbərləri süni intellekt və robotlaşmanın bəşəriyyətin gələcəyi üçün nə qədər xeyirli və təhlükəsiz olması ilə bağlı bəyanat imzalayaraq, ictimaiyyə təqdim etdilər. Süni intellekt və robotlaşmanın tətbiq olunduğu elə bir sahə yoxdur ki, bizim həyatımızı əhatə etməsin.
Robotlaşmanın nə qədər etik olduğu, süni intellektin tətbiq edildiyi bir çox sahələrin insan azadlığını və həyatına qəsd edib-etməməsi, ətrafımızın kameralarla əhatələnməsinin həyatımızı asandlaşdırmaq yoxsa cəhənnəmə çevirməsi ilə bağlı suallar yaranır. Bütün bu problemlərə rəğmən inkişafın qarşısını almaq lazım deyil”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB