5 yaşa qədər uşaqlarda günvurmaya daha çox rast gəlinir- Terapevt

5 yaşa qədər uşaqlarda günvurmaya daha çox rast gəlinir- Terapevt

Uşaqlar günvurmaya daha çox məruz qalırlar.

SİA xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Günay İsmayılova deyib. Həkim bildirib ki, 5 yaşa qədər uşaqlarda günvurmaya daha çox rast gəlinir:

“Saat 11-16 radələrində açıq havada çox qalmaq məsləhət deyil. Bu saatlarda günvurma riski daha çox olur”.

Həkim tövsiyə edib ki, valideynlər yay aylarında uşaqlarının qidalarına diqqət etməli və geyimlərinə fikir verməlidirlər:

“İsti havalarda bol maye qəbulu tövsiyə olunur. Az-az, tez-tez qida qəbulu məsləhət görülür. Ağartı məhsullarından daha çox istifadə etməyə diqqət göstərsinlər. Geyimlərə qaldıqda isə yüngül və açıq rəngli partarlara üstünlük vermək lazımdır”.

Bütün xəbərlər Facebook səhifəmizdə