Gədəbəyin icra başçısı Söyüdlü kəndində sakinlərlə görüşüb

Gədəbəyin icra başçısı Söyüdlü kəndində sakinlərlə görüşüb

Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov bu gün rayonun Söyüdlü kəndinə gedib.

SİA-nın məlumatına görə, icra başçısı sakinlərlə görüşüb, onların şikayətlərini dinləyib, kəndin ərazisində süni gölün yaradılmasına etirazla bağlı yaranmış vəziyyəti müzakirə edib.

Qeyd edək ki, Gədəbəy rayonunun Söyüdlü kəndində bir qrup şəxs kənd ərazisində süni gölün tikintisinə etiraz olaraq iyunun 20-də aksiya keçirməyə cəhd göstərib.

Aksiyanın qarşısı alınan zaman polislə sakinlər arasında insident baş verib. Polis əməkdaşlarının aksiya iştirakçılara qarşı gözyaşardıcı qazdan istifadə etməsi birmənalı qarşılanmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə