Tıxac insan psixologiyasına necə təsir edir? - PSİXOLOQ AYDINLIQ GƏTİRDİ
“Əlbəttə ki, tıxac insan psixologiyasına təsir edir. Son zamanlarda insanlarda olan səbirsizlik, kəmhövsələlilik gündəlik həyatımızın bir parçası olan tıxaclarda da özünü göstərir”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Vüsalə Əmiraslanova deyib.
Onun sözlərinə görə, tıxac əsasən böyük şəhərlərdə olduğuna görə daha çox şəhər əhalisi psixoloji olaraq gərginlik keçirə bilir: “Bildiyiniz kimi, son vaxtlar insanların iş fəaliyyətinin artması və yaxud gündə bir neçə işlə məşğul olmaq, eyni zamanda bu müddət ərzində şəxsi problemlərini həll etmək cəhdi onlarda stress yaradır. Bu da tıxac zamanı özünü büruzə verir. Daha çox sürücülük xidməti ilə məşğul olan insanlar bundan əziyyət çəkirlər. Çünki onlar gün ərzində bir neçə saat yolda olmağa məcburdur və belə hallar onlarda gərginliyə səbəb ola bilir.
Ümumiyyətlə, tıxac nəinki avtomobil idarə edən, hətta etməyən insanlar üçün də gərginlik yaradan amillərdəndir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB