“İqlim dəyişməsi və davamlı torpaq idarəetməsi” - YENİLƏNİR

“İqlim dəyişməsi və davamlı torpaq idarəetməsi” - YENİLƏNİR

Bu gün AMEA-nın Əsas binasında Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “İqlim dəyişməsi və davamlı torpaq idarəetməsi” mövzusunda beynəlxalq elmi torpaq konqresi öz işinə başlayıb. SİA xəbər verir ki, Azərbaycanın ev sahibliyi etdiyi Avrasiya Torpaqşünaslar Cəmiyyətləri Federasiyasının təşkilatçılığı ilə keçirilən konqresin əsas məqsədi torpaqşünaslıq sahəsində son nailiyyətləri öyrənmək, müzakirə etmək və əməkdaşlıq əlaqələrini genişləndirməkdir.

Tədbirdən öncə beynəlxalq konqresin iştirakçıları Fəxri Xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib, xatirəsini ehtiramla yad edərək məzarı üzərinə tər gül dəstələri qoyub, ruhu qarşısında baş əyiblər.

Sonra AMEA-nın Əsas binasında təşkil olunmuş sərgiyə baxış keçirilib.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə