"Sosial, məşğulluq və əmək münasibətləri sahəsində böyük uğurlar əldə etmişik" - NAZİR DANIŞDI

"Sosial, məşğulluq və əmək münasibətləri sahəsində böyük uğurlar əldə etmişik" - NAZİR DANIŞDI

"Azərbaycan ötən dövrdə böyük bir inkişaf yolu keçib. Ölkəmizdə ötən dövr ərzində güclü və müstəqil bir dövlət qura bilmişik. Azərbaycan iqtisadiyyatı dinamik inkişaf edir, təhlükəsizlik təmin olunur. Ali Baş Komandanın rəhbərliyi altında ərazilərimiz işğaldan azad olunub". SİA xəbər verir ki, bu sözləri əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev "İnsan Resursları 2023" adlı tədbirdə deyib.

Onun sözlərinə görə, Azərbaycan beynəlxalq arenada öz sözünü deyən, ciddi mövqeyə malik olan bir dövlətə çevrilib: "Eyni zamanda, sosial, məşğulluq, əmək münasibətləri sahəsində də böyük uğurlar əldə etmişik. Əgər son beş ilə nəzər salsaq, dörd milyon insanı əhatə edən böyük sosial islahatlar həyata keçirilib. Qısa dövr ərzində Azərbaycanda minimum əməkhaqqı 2,7 dəfə, orta əməkhaqqı 70%, sosial ödənişlər də 2,7 dəfə artıb. Yəni, dövlətin xüsusi diqqəti çərçivəsində həm məşğulluq, həm sosial istiqamətdə silsilə tədbirlər həyata keçirilir və bunun üçün çox böyük bir maliyyə resursları ayrılıb. Bu sosial paketlər nəticəsində dövlət tərəfindən 7 milyard manata yaxın vəsait məşğulluq, əmək və sosial məsələlərə əlavə olaraq yönləndirilib".

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə