Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə "Gülüstan" sarayında "İnsan Resursları Zirvəsi 2023" adlı tədbir keçirilir. SİA xəbər verir ki, tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra isə Ulu Öndər Heydər Əliyev və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
“Gələcəyə qayıdış” devizi ilə keçiriləcək tədbirdə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, iqtisadiyyat naziri müavini Elnur Əliyev, elm və təhsil naziri Emin Əmrullayev, gənclər və idman naziri Fərid Qayıbov, Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə, Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli, Milli Məclisin deputatları, beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndələri, xarici ekspertlər, insan resursları üzrə mütəxəssislər və digər qonaqlar edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB