Bakı Metropolitenində işə qəbul qaydaları necədir? - QURUM RƏSMİSİ AÇIQLADI

Bakı Metropolitenində işə qəbul qaydaları necədir? - QURUM RƏSMİSİ AÇIQLADI

"Metropoliten öz xüsusiyyətlərinə görə çox mürəkkəb quruluş və infrastruktura malikdir. Burada 140-dan artıq peşənin sahibləri çalışırlar. Demək olar ki, ölkədə mövcud olan əksər texniki sahələrin təmsilçiləri burada çalışır. Hər sahənin də özünəməxsus xüsusiyyətləri olduğuna görə, vahid şablon yoxdur. 2018-ci ildən bəri maşinistlərin seçilməsi yeni qaydada aparılır. Yəni burada dünyada mövcud olan qaydalar əsas götürülərək aparılır. Elan verildiyi müddətdə elektron qayda da ərizələr qəbul olunur və həmin ərizələrə uyğun olaraq namizədlər digər mərhələ üçün dəvət olunurlar". Bu sözləri SİA-ya açıqlamasında Bakı Metropoliteninin mətbuat katibi Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, digər mərhələ isə test üsulu ilə həyata keçirilir: "Bundan sonra isə müsahibə mərhələsində fərdi qayda da görüş keçirilir. Xüsusilə qeyd etməliyəm ki, bu mərhələlərdə mütləq şəkildə psixoloji testlərdən də keçirlər. Daha sonra isə ən azı 6 ay davam edən nəzəri-praktiki məşğələlərdən keçir, qatarların idarə olunması prosesində yaxından iştirak edirlər. Platforma növbətçisi üzrə daim elanlarımız olur. Proseslər eynilə tətbiq edilir. Yalnız bu kursun müddəti 1-2 ayı əhatə edir.

Keçən ildən başlayaraq Metropoliten ilk dəfə elektrik dispeçeri üzrə məhz ictimailəşdirilən elan verdi. Əvvəllər bu peşə üzrə mütəxəssislər yalnız metropolitenin müvafiq sahəsi üzrə çalışanlar arasından seçilirdi. Bu dəfə isə bu kadrları kənardan qəbul edib, hazırlamaq istiqamətində tədbirlərə başlanılıb və kurslar davam edir. Mütləq qaydada metropolitendə işə qəbul metropolitenin saytında olan cv-nin doldurulması ilə başlanılmalıdır".

Bütün xəbərlər Facebook səhifəmizdə