"Müxtəlif saytlar və insanlar tərəfindən həyata keçirilən psixoloji testlər iki yerə bölünür. Bu cür testlərin elmi əsaslara malik olanları da var. Hansı ki, psixoloqlar tərəfindən seanslar zamanı da istifadə edilir". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Fidan Nizamova deyib.
Onun sözlərinə görə, bu cür testlər psixoloji vəziyyətin, intellektin və s. yoxlanılması baxımından istifadə edilir: "Lakin bütün testlər elmə əsaslanmır. Saytlarda gördüyümüz bir çox testlər fərqli insanlar tərəfindən müxtəlif məqsədlər, əyləncələr üçün tərtib edilir.
Bir psixoloq olaraq təbii ki, bu cür testlərdən keçməyi məsləhət görmürəm. Lakin maraq edib, testdən keçsəniz belə nəticələrini ciddiyə almamaq lazımdır. Çünki nəticələrindən narazı qalaraq, bundan əziyyət çəkən və psixoloji olaraq gərginlik keçirən insanlar var. İstənilən halda insanlara tövsiyyə edirəm ki, psixoloqlar tərəfindən terapiyalar zamanı keçirilən testlərə güvənsinlər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB