"Qaçqınların problemlərinin həlli üçün yeni yol xəritəsi hazırlanacaq"
Azərbaycan məcburi köçkün problemini yaşayan ölkədir və sahədə təcrübəsi vardır. Bu ölkə kənardan gələn iki minə yaxın qaçqına yer verib, qayğısını çəkib.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri iyunun 19-da Ümumdünya Qaçqınlar Günü ilə bağlı keçirilən tədbirdə BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi xanım Vladanka Andreyeva səsləndirib.
Bildirilib ki, BMT vətənini tərk etmək məcburiyyətində olan insanlarla həmrəylik nümayiş etdirir. Təəssüflər olsun ki, Ukraynada, Sudanda baş verən hadisələr nəticəsində dünyada qaçqınların sayı artmaqda davam edir.
V.Andeyeva diqqətə çatdırıb ki, qaçqınların problemlərinin həlli üçün yeni yol xəritəsi hazırlanacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB