Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 yeni yoluxma faktı qeydə alınıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan SİA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən sağalan və vəfat edən olmayıb.
Azərbaycanda indiyədək ümumilikdə 831 896 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 821 599 nəfər müalicə olunaraq sağalıb, 10 281 nəfər vəfat edib, aktiv xəstə sayı 16 nəfərdir. Ölkədə son sutka ərzində 346, hazırkı dövrədək isə 7 637 355 test aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB