"Qurban bayramı ət yemək və kabab bişirmək bayramı deyil" - MÜNASİBƏT BİLDİRİLDİ

"Qurban bayramı ət yemək və kabab bişirmək bayramı deyil" - MÜNASİBƏT BİLDİRİLDİ

"Qurban bayramında maddi imkanı normal olan, yəni qurbanlıq günü evində, ehtiyatında və aylıq qazancında sıxıntısı olmayan insan qurban kəsməlidir". Bu sözləri SİA-ya açıqlamasında Hacı Təyyar Hüseynli deyib.

Onun sözlərinə görə, normal qurban kəsmək 300 AZN-dırsa, onu ehtiyacı olan insanlara paylamaq lazımdır: "Bura yaxın qonşular, qohumlar və ətrafdakı digər ehtiyacı olan insanlar daxildir. Bu yolla onların da evində qurban əti olmalı və bu ətdən xörək bişirilməlidir.

Əslində Qurban bayramı çoxsaylı müsəlmanların ilahi bir məkanda, yəni Məkkəyə ziyarətə gedən zaman Mina dağında qurban kəsmələridir. Maddi imkanı zəif olan insanların qurban kəsməsi vacib deyil. Amma Məkkəyə ziyarət edən zəvvarlar, yəni həcilər üçün orada qurban kəsmək vacibdir. Təbii ki, ora gedənlər də maddi imkanı normal olan insanlardır. Yəni, o xərci çəkib ziyarətə gedirlərsə, deməli qurban kəsmək üçün də imkanları var. Amma qeyri-müsəlmanlar, yəni həcc ziyarətinə getməyənlər üçün bu vacib deyil".

Təyyar Hüseynli sözlərinə belə davam edib: "Qurban fəlsəfəsi çox genişdir. Bu İbrahim Peyğəmbərin ilahi dostluq sınağından çıxması və insanlıq bayramıdır. Qurban bayramı ancaq ət yemək və kabab bişirmək bayramı deyil. Çox təəssüflər olsun ki, müsahibələrdə bu bayramın əhəmiyyəti çox bəsit şəkildə çatdırılır. Amma əslində çox dərin məntiqi var. Allah bütün müsəlman dünyasının bayramını mübarək etsin".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə