Azərbaycan OPEC+ ilə əməkdaşlığa böyük töhfə verir- Baş katib

Azərbaycan OPEC+ ilə əməkdaşlığa böyük töhfə verir- Baş katib

Azərbaycanla OPEC+ ölkələri arasında uğurlu əməkdaşlıq həyata keçirilir.

SİA xəbər verir ki, bunu Prezident İlham Əliyevlə görüşdə Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Haysam Əl-Qaysı deyib.

Baş katib vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan OPEC+ formatı yaranan ilk gündən bu əməkdaşlığa böyük töhfə verir və o, buna görə dövlətimizin başçısına minnətdarlığını bildirib.

Eyni zamanda, bu gün qlobal neft bazarında OPEC+ formatında fəaliyyətin roluna toxunulub, indiyədək bu bazarda sabitliyin əldə edilməsinin məhz bu formatda həyata keçirilən fəaliyyət nəticəsində mümkün olduğu xüsusi qeyd edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə