Dənizkənarı Bulvarda skuterləri hansı formada idarə etməli? - DİQQƏT! - QURUM RƏSMİSİ AÇIQLADI

Dənizkənarı Bulvarda skuterləri hansı formada idarə etməli? - DİQQƏT! - QURUM RƏSMİSİ AÇIQLADI

“Dənizkənarı Bulvar İdarəsinə daxil olan çoxsaylı şikayətlər nəzərə alınaraq, iyun ayının 1-dən skuterlərin milli parkda sürülməsinə məhdudiyyət qoyuldu. Bu dəfə isə skuter həvəskarları idarəyə müraciətlər ünvanlayaraq, milli parkda skuter sürmə arzusunda olduqlarını bildirdilər”. Bu sözləri SİA-ya açıqlamasında Dənizkənarı Bulvar İdarəsinin mətbuat katibi Əfsanə Mehdiyeva deyib.

Onun sözlərinə görə, hər iki tərəfin istəyi nəzərə alınaraq, ortaq qərar qəbul edildi: “Belə ki, maksimal sürət həddi saatda 17 kilometri keçməmək şərtilə və xüsusi müəyyən olunmuş marşrut xətti üzrə skuterlər sürülə bilər. İnsanların sıx gediş-gəlişinin olduğu dənizkənarı zolaqda skuterlərin sürülməsi qəti şəkildə qadağan olunub. Hətta bununla bağlı qadağanedici işarələr də quraşdırılıb.

Milli Parkda olan skuterlərə xüsusi tətbiq yüklənilib. Bu tətbiq vasitəsilə 17 kilometr sürət həddi aşılmır və həmin marşrutlar bu tətbiqdə göstərilir. Əgər kimsə öz şəxsi skuterindən istifadə edərsə bu qoyulan qaydalara yenə əməl olunmalıdır. Vətəndaşlar üzərlərində məsulliyət hiss edərək skuterləri qaydalara uyğun şəkildə istifadə etməlidirlər. Qeyd edək ki, mühafizələr də lazımi hallarda öz tövsiyyələrini verəcəkdir. Lakin hər bir halda məsuliyyət məhz vətəndaşlara məxsusdur”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə