İyunun 22-dək geomaqnit sahəsi qeyri-sabit olacaq

İyunun 22-dək geomaqnit sahəsi qeyri-sabit olacaq

Günəş fəallığı orta səviyyədə olub, maksimum aktivlik 3336 oblastında M 2.52 (R1) sinifli alışma olub. Alışmalara bağlı olaraq II tip radioemissiya qeydə alınıb.

Şamaxı Astrofizika Rəsədxanasından SİA-ya verilən xəbərə görə, Günəş ləkələri azalmış, 6 ləkə qrupu və 110 ləkə qeyd edilib. 17 iyun Yerə qismən istiqamətlənmiş CME (Coronal Mass Ejections - Tac Kütlə Atılmaları) qeydə alınıb. Günəşin səthində Tac dəlikləri müşahidə olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə