Dolu, leysan və külək Ağdamın yaşayış məntəqələrinə ziyan vurub

Dolu, leysan və külək Ağdamın yaşayış məntəqələrinə ziyan vurub

İyunun 18-də günortadan sonra leysan və dolu ilə müşahidə olunan güclü külək Ağdam rayonunun yaşayış məntəqələrinə ziyan vurub.

SİA-nın əldə etdiyi məlumata görə, fərdi evlərə və yardımçı binalara, avtomobillərə, rayonun elektrik təsərrüfatına, eləcə də taxıl zəmilərinə, pambıq tarlalarına, kartof və tərəvəz əkinlərinə, həmçinin meyvə ağaclarına xeyli ziyan dəyib. Buz parçaları xüsusən Çəmənli, Əhmədağalı, Sarıcalı, Zəngişalı kəndlərində ciddi fəsadlar törədib.

Bütün xəbərlər Facebook səhifəmizdə