Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin iyunun 18-nə olan məlumatına əsasən Gədəbəy, Daşkəsən, Tovuz, Gəncə, Göygöl, Naftalan, Yevlax, Qusar, Quba, Goranboyda şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.
SİA-nın əldə etdiyi məlumata görə, saat 15:13-də Goranboy rayonu Böylü qəsəbəsindən sel keçib. Saat 15:10-da Ağdam rayonu Çəmənli və Sarıcalı kəndlərinin ərazisinə diametri 30-35 millimetr olan dolu düşüb.
Qərb küləyi əsib, Goranboyda sürəti 25, Gəncədə 24, Daşkəsəndə 23, İsmayıllıda 22, Göyçayda 20, Şəmkirdə 18, Göygöldə 16 metrədək güclənib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB