Çimərliklərdə gözlənilən hava şəraiti AÇIQLANIB

Çimərliklərdə gözlənilən hava şəraiti AÇIQLANIB

Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.

SİA xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, iyunun 17-də şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Dəniz suyunun temperaturu şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 22-23° isti, cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 24-25° isti olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə