Son 5 ayda 6,8 milyon müraciət olub

Son 5 ayda 6,8 milyon müraciət olub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələri üzrə əhaliyə təqdim olunan elektron xidmətlərə 2023-cü ilin beş ayı ərzində 6,8 milyon müraciət qeydə alınıb. SİA xəbər verir ki, həmin dövrdə 15,7 min pensiya, 57,7 min müavinət və təqaüd, həmçinin birdəfəlik ödəmə üzrə 618 təyinat rəqəmsal infrastruktur üzərindən proaktiv qaydada aparılıb.

Yanvar-may aylarında elektron qaydada 142,2 min fərdi şəxsi hesab açılıb, nazirliyin fəaliyyət sahələri üzrə 169,3 min elektron arayış verilib.

Hazırda nazirliyin elektron sistemlərinin 31 qurumun informasiya bazaları ilə inteqrasiyası həyata keçirilir. Həmin qurumlar tərəfindən son 5 ayda nazirliyin informasiya bazalarına edilən sorğu sayı 109 milyon olub.

Bütün xəbərlər Facebook səhifəmizdə