Cari tədris ilində 1011 nəfər şəhid, hərbçi, qazi ailəsi üzvü işlə təmin olunub

Cari tədris ilində 1011 nəfər şəhid, hərbçi, qazi ailəsi üzvü işlə təmin olunub

2021-ci ilin fevral ayından 2023-cü il iyunun 1-dək şəhid və hərbçi ailəsi üzvlərinin, Vətən müharibəsi iştirakçısı, qazi və onların ailə üzvlərinin sosial müdafiəsi və məşğulluğunun təmin edilməsi məqsədilə digər pedaqoji vəzifələr üzrə 3 min 396 nəfər Elm və Təhsil Nazirliyinə tabe müəssisələrdə işlə təmin olunub.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə nazirlikdən məlumat verilib.

Bildirilib ki, onlardan 1011 nəfəri 2022-2023-cü tədris ilində işə qəbul edilib.

Qeyd edək ki, ötən tədris ilində bu qrupdan olan 408 nəfər işlə təmin edilmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə