Milli Hidrometeorologiya Xidmətinin iyunun 16-sı saat 18:00-a olan məlumatına əsasən, Daşkəsən, Göygöl, Altıağac, Quba, Xınalıq, Qrız, Şahdağ, Neftçala və Abşeron yarımadasında şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, xidmətdən verilən məlumata görə, saat 14:20-də Göygöl rayonu ərazisindən axan Kürəkçaydan sel keçib.
Şimal-qərb küləyi əsib, Bakıda və Abşeron yarımadasında arabir 15-20 metr/saniyəyədək güclənib. Neft Daşları meteoroloji stansiyasının məlumatına əsasən, Xəzər dənizində dalğanın hündürlüyü 3.8 metrə çatıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB