"Tikinti şirkətləri bu məsələyə ciddi yanaşmalıdırlar" -HÜQUQŞÜNAS DANIŞDI

"Tikinti şirkətləri bu məsələyə ciddi yanaşmalıdırlar" -HÜQUQŞÜNAS DANIŞDI

"İlk növbədə bildirim ki, binaların zəlzələyə davamlılığı məsələsi fərqli yanaşma və məsuliyyət, eləcə də cavabdehlik tələb edir. İstənilən halda heç bir ərazini ümumi götürmək olmaz". Bu sözləri SİA-ya verdiyi açıqlamada hüquqşünas Tural Həsənli qeyd edib.

Vəkilin sözlərinə görə, istənilən fəlakətdən tam sığortalanma ağlabatan deyil: "Lakin, şəhərdə hər nöqtənin öz balını nəzərə alıb tikinti aparmaq lazımdır. Bir məhəllədə yan-yana 3 bina tikilməməlidir. Ərazini yoxlasaq, iki bina 8 ballıq regionda yerləşir, biri 9 ballıq əraziyə düşür. Yan-yanadır, amma fərqlidir. Mövcud ərazidə hansısa bina tikiləndə, yoxlanıb, 8 ballıq ərazidir – demək məsələyə səthi yanaşmadan başqa bir şey deyildir. Orada 9 ballıq ərazi də ola bilər və onu bilmək lazımdır. Bununla bağlı müvafiq tədqiqat işləri aparılmalı, ekspertiza təyin edilməli, seysmoloji xəritələrdən istifadə olunmalıdır. Tikintinin layihəsindən öncə əraziyə gedilməli, orada tədqiqat aparmalı, ərazinin ballığını müəyyənləşdirib bu ərazidə maksimum hansı gücdə zəlzələ ola biləcəyini demək lazımdır. Habelə gələcəkdə inşa edilən binanın etibarlılıq və davamiyyəti yoxlanılmalıdır. Tikinti şirkətləri bu məsələyə ciddi yanaşmalıdırlar.

Ölkəmizin çox böyük hissəsi 8 ballıq, 20 faizdən bir qədər artıq hissəsi isə 9 ballıq ərazidə yerləşir. Bu da ilk növbədə inşaat sektorunda fəaliyyət göstərən subyektlərin - investorlar, layihəçilər və inşaatçıların üzərinə böyük məsuliyyət qoyur. Tikinti subyektləri Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq normativ-hüquqi və normativ-texniki sənədlər əsasında tikinti aparmalarına istinad edirlər. Bu sənədlər əsasında layihələndirmə icraatı, tikintiyə icazə icraatı və tikintinin gedişinə nəzarət icraatı həyata keçirilir. Habelə qeyd edim ki, AMEA-nın Seysmoloji Xidmət Mərkəzinə müraciət əsasında müvafiq rəyin alınması da məqsədəmüvafiq olardı".

Fazil Mehdixanlı

Bütün xəbərlər Facebook səhifəmizdə