Xəzər dənizinin suyu niyə quruyur ? - EKOLOQ AYDINLIQ GƏTİRDİ

Xəzər dənizinin suyu niyə quruyur ? - EKOLOQ AYDINLIQ GƏTİRDİ

“Xəzər dənizinin əsas qidalandırıcı mənbələri iri çaylardır. Bunlardan birincisi Volqa çayı, ikincisi Kür-Araz çaylarıdır. Təbii ki, bunların xaricində də çaylar var, lakin sadaladıqlarım Xəzər dənizinin əsas qida mənbələri sırasındadır. Bu il Kür çayının suyunda digər illərlə müqayisədə azalma müşahidə edilib. Bunun səbəbini dəqiqliklə araşdıran olmadı. Lakin dövlət qurumları tərəfindən araşdırılaraq, mütləq şəkildə ictimaiyyətə məlumat verilmə idi”. Bu sözləri SİA-ya açıqlamasında ekoloq Cəmşid Quliyev deyib. Onun sözlərinə görə, təxmini ehtimallar göstərir ki, Kür çayı Gürcüstandan azalaraq ölkəmizə daxil olur: “Əkinçilikdə Kür çayından istifadə isə maksimum həddə çatıb. Məhz bu baxımdan Kür çayının suyu azalır bu isə Xəzər dənizinin qidalanmasında problemlərə yol açır.
Volqa çayının isə suyu idarəolunan vəziyyətdədir. Buna görə də bəzən Xəzərin qidalanmasında bu çayın rolunu görə bilmirik”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə