Biləsuvarda sel təhlükəsi gözlənilir

Dövlət orqanları yenidən Bolqarçay ətrafında yaşayan sakinlərə xəbərdarlıq edib
Biləsuvarda sel təhlükəsi gözlənilir

Biləsuvar rayonunda sel təhlükəsi gözlənilir.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə kənd sakinləri məlumat veriblər.

Sakinlər bildirib ki, İran ərazisindən Bolqarçay vasitəsilə rayon ərazisinə sel suyunun daxil olması ehtimalı var.

Aidiyyəti orqanlar yerli sakinləri məlumatlandırıb və hər ehtimala qrşı hazır olmağı bildiriblər.

Qeyd edək ki, analoji hal təqribən 2 həftə bundan öncə baş vermişdi.

Sel təhlükəsinə görə Bolqarçay ətrafında yaşayan 3 kəndin sakinləri təhlükəsiz ərazilərə köçürülmüşdü.

Bütün xəbərlər Facebook səhifəmizdə