İsti havalarda içilən enerji içkiləri infarkt riskini artırır? - QURUM RƏSMİSİ AÇIQLADI
“Son zamanlarda havaların kəskin istiləşməsi orqanizmdə bir çox sistemə mənfi təsir göstərə bilər. Bu sistemlərin başında isə ürək, qan-damar sistemi gəlir. Xüsusilə də bu xəstəliklərdən əziyyət çəkən insanlarda havaların isti olması bir çox əlamətlərlə öz təsirini göstərir”. Bu sözləri SİA-ya açıqlamasında Səhiyyə Nazirliyinin mütəxəssis eksperti, terapevt Zakir Quliyev deyib.
Onun sözlərinə görə, ürək əməliyyatı, yüksək təzyiqi olan insanlarda simptomlar özünü daha bariz göstərə bilər: “Digər tərfdən endokrinoloji problemi olan şəxslərdə havaların isti keçməsi müəyyən fəsadlara səbəb ola bilər.
Havanın gün ərzində olan ən qızmar zamanlarında açıq havada olmamağı məsləhət görürəm. Mümkündürsə, səhər və axşam saatlarında açıq havaya çıxmaları məqsədəuyğundur.
Enerji içkiləri ümumiyyətlə zərərlidir, lakin isti havalarda içildikdə infarkt riskini artırır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB