Süni mayalanmanın hansı riskləri var? - GİNEKOLOQ ŞƏRH ETDİ

Süni mayalanmanın hansı riskləri var? - GİNEKOLOQ ŞƏRH ETDİ

"Süni mayalanma olduqca normal prosedurdur. Bütün dünyada süni mayalanma yolu ilə müalicə qəbul olunan bir üsul hesab olunur". Bu sözləri SİA-ya verdiyi açıqlamada cərrah, mama-ginekoloq Ləman Əliyeva deyib.

O bildirib ki, sözügedən üsulun hər hansı ziyanı yoxdur, əks halda bu insanların üzərində tətbiq olunmazdı: "Gələcəkdə baş verə biləcək fəsadlara gəldikdə isə təbii mayalanma üsulu ilə doğulan uşaqlarda da hansı fəsadlar müşahidə olunursa süni mayalanmada da eyni fəsadlar baş verə bilər. Bu fəsadların süni mayalanmayla bağlı olduğunu düşünmürəm.

Məsələni daha yaxşı başa düşmək üçün süni mayalanmanın nə olduğunu bilməliyik. Süni mayalanma təbii sürətdə gedən mayalanma prosesinin, adından da bəlli olduğu kimi, kənarda süni formada yumurta hüceyrənin spermatozoidlə mayalandırıb uşaqlıq bətninə yerləşdirməsi prosesidir. Bu proseslər hamısı tibbi qaydalara müvafiq olaraq, steril şəraitdə həyata keçirilməlidir. Belə olduğu halda heç bir problem yoxdur. Mən deyərdim ki, genetik xəstəliklərin uşaqda çıxmaq ehtimalı süni mayalanma üsulunda daha azdır. Çünki təbii üsulla mayalanmadan fərqli olaraq, süni mayalanma üsulunda hər şey dəqiqliyiylə yoxlanılır, genetik analizlərə baxılır. İntəhası, süni mayalanma üsuluyla dünyaya gələcək uşaqda süni mayalanma qaynaqlı hər hansı bir problemin çıxacağını demək çox yanlışdır".

Fazil Mehdixanlı

Bütün xəbərlər Facebook səhifəmizdə