“Qarabasmaların səbəbləri müxtəlifdir. Həm gün ərzində, həm də gecələr yaşana bilər”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Fidan Nizamova deyib.

Onun sözlərinə görə, bu hal birbaşa şəxsin psixoloji durumu ilə bağlıdır: “İnsanın üzərində olan gərginlik və stres qarabasmalara zəmin rolunu oynayan əsas amillərdəndir. Eyni zamanda xəstəlik zamanı qızdırma nəticəsində də qarabasmalar ola bilər. Eyni zamanda bu ciddi psixoloji xəstələyin də nəticəsi ola bilər. Bu cür insanlar bir müddət sonra gördüklərinə inanmağa başlayırlar.
Müəyyən zaman sonra isə buna öyrəşir, adi hal kimi qəbul edərək müalicədən belə çəkinirlər. Lakin ən cüzi simptomlarda belə mütləq şəkildə psixatra müraciət edilməsini tövsiyyə edərdim”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB