“Azərbaycan Ermənistanın mənfur addımlarının qarşısını alacaq” - DEPUTAT DANIŞDI
“Ermənistan məğlub ölkədir. Ermənistan bir ölkə olaraq istər daxildə, istərsə də bölgədə bütün təsirini gücünü itirib”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Jalə Əliyeva deyib.
Onun sözlərinə görə, Ermənistan dividentlər qazanmağa çalışır: “Ermənistanın hazırda ekoloji fəlakətə yol açacaq layihə üzərində işləməsi sadəcə öz istəkləri hesabına həyata keçə bilməz. Bölgədəki balans mütləq nəzərə alınmalıdır. Zavodun törədə biləcəyi bütün fəsadlar öncədən hesablanmalı və qarşısının alınması üçün tədbirlər görülməlidir.
Ermənistanın həyata keçirdiyi işğalçı siyasət nəticəsində Azərbaycan illərdir ki, ekoloji fəlakətlə üz-üzə qalıb. Lakin artıq Azərbaycan Ermənistanın bu cür mənfur addımlarının qarşısını alacaq”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB